Layihə elanları
Layihənin öz elan lövhəsi var. Çatdan fərqi budur ki, buradakı yazı daimidir — axında itmir. Brif, qərar, qayda kimi «bunu hamı bilməlidir» tipli məlumat üçündür.
- Yazmaq üçün layihədə redaktə hüququ kifayətdir
- Layihə idarəçisi vacib elanı yuxarı sancaqlaya bilər
- Elan başlıq və mətndən ibarətdir
Müzakirə tapşırığın özünə aiddirsə, elan yox, tapşırıq şərhi yazın — orada kontekst itmir.
Hazır şablonlar
Yeni layihəni sıfırdan qurmaq əvəzinə hazır dəst tətbiq etmək olar: bir kliklə bölmələr və xüsusi sahələr yaranır.
| Şablon | Nə qurur |
|---|---|
| Reklam kampaniyası | Brif → Dizayn → Təsdiq → Yayım → Hesabat; büdcə, kanal, müştəri, bitiş tarixi sahələri |
| Dizayn tapşırığı | Sifariş → İşlənir → Reviziya → Hazır; format, ölçü, mənbə faylı sahələri |
| Veb layihə | Planlaşdırma → Dizayn → Frontend → Backend → Test → Deploy; texnologiya, prioritet skoru, canlı URL |
| Sadə kanban | Backlog → Bu həftə → İşlənir → Yoxlama → Bitdi |
Şablonu yalnız layihə idarəçisi tətbiq edə bilər. Tətbiq təhlükəsizdir: eyni adlı bölmə və ya sahə artıq varsa, təkrar yaradılmır — ona görə iki şablonu ardıcıl tətbiq etmək və ya birini təkrarlamaq heç nəyi pozmur.