Tapşırığın üstünə klikləyəndə detal paneli açılır. Bütün sahələr həmin panelden dəyişilir və dəyişiklik dərhal yadda saxlanılır — ayrıca «saxla» düyməsi yoxdur.
Statusu dəyişmək
Statusu ya detal panelindən, ya da lövhədə tapşırığı başqa sütuna sürüşdürərək dəyişirsiniz. Status «tamamlandı»ya keçəndə bitmə vaxtı avtomatik qeyd olunur.
Başqa layihəyə bağlamaq
Tapşırıq eyni anda bir neçə layihədə görünə bilər (əsas layihəsi dəyişmədən). Bu, eyni işin iki komandaya aid olduğu hallar üçündür — nüsxə yaranmır, eyni tapşırıqdır.
Sabitləmək
Sabitlənmiş tapşırıq siyahının ən başında 📌 bölməsində qalır — gündəlik izlədiyiniz bir neçə iş üçün rahatdır.
Məxfi tapşırığın təsvirini yalnız icraçısı və adminlər görür; digərləri sətri görür, məzmunu görmür.