Layihələr

Lövhə, siyahı və sağlamlıq göstəricisi

İki görünüş, filtrlər və layihənin vəziyyətini bir baxışda göstərmək.

İki görünüş

Lövhə — sütunlar üzrə kartlar, sürüşdürməklə status dəyişir. Siyahı — cədvəl şəklində, sütunlara görə sıralama və filtrlə. Hansı rahatdırsa onu seçirsiniz; data eynidir.

Filtrlər

  • Status üzrə (çoxseçimli)
  • İcraçı üzrə
  • Qruplaşdırma: bölməsiz və ya bölmələr üzrə
  • Tamamlanmışları gizlətmək

Sağlamlıq göstəricisi

Layihəyə vəziyyət nişanı qoyula bilər: yolundadır, risk var, yubanır, dayandırılıb, tamamlanıb. Yanına qısa qeyd yazmaq olar. Portfolio görünüşündə rəhbər bir baxışda hansı layihənin diqqət tələb etdiyini görür.