Bəzi işlər bitdikdən sonra yoxlanmalıdır. Təsdiq axını qurulubsa, icraçı tapşırığı «tamamlandı» edəndə o, birbaşa bağlanmır — təsdiqləyənə düşür.
- 1İcraçı işi bitirib statusu dəyişir.
- 2Tapşırıq təsdiqləyənin «Təsdiqlər» siyahısına düşür və ona bildiriş gedir.
- 3Təsdiqləyən təsdiqləyir — tapşırıq bağlanır.
- 4Və ya rədd edir və səbəbini yazır — tapşırıq icraçıya qayıdır, səbəb şərh kimi əlavə olunur.
Rədd səbəbi məcburidir — icraçı nəyin düzəldilməli olduğunu bilsin deyə.