Başlanğıc

İlk giriş

Hesabınızla necə daxil olursunuz və ilk addımlar.

Giriş mərkəzi hesab xidməti üzərindən gedir — TaskFly ayrıca şifrə saxlamır. Bu o deməkdir ki, eyni hesabla qoşulmuş digər sistemlərə də daxil ola bilirsiniz.

  1. 1Giriş səhifəsində e-poçt və şifrənizi yazın (Google və ya Facebook hesabı ilə də daxil ola bilərsiniz).
  2. 2İlk girişdən sonra sizə açıq olan workspace-lər siyahıya düşür.
  3. 3Yuxarıdakı seçicidən aktiv workspace-i seçin — bütün siyahılar həmin workspace-ə görə süzülür.
  4. 4«Tapşırıqlarım» ekranından başlayın: sizə təyin olunmuş işlər burada toplanır.
Şifrənizi unutmusunuzsa giriş səhifəsindəki bərpa keçidindən istifadə edin.