Hesabatlar və analitika

İstifadəçi tapşırıqları hesabatı

Kimin üzərində nə var — rəhbər üçün cədvəl və günlük bölgü.

Bu hesabat yalnız rəhbərlər (admin) üçündür — adi istifadəçi onu görmür.

İki görünüş

GörünüşNə göstərir
XülasəHər işçi üçün bir sətir: açıq, bağlı, cəmi tapşırıq və toplanmış saat
Günlük bölgüİşçi × gün matrisi — kimin hansı gün nə qədər işi olub

Süzgəclər

İşçini ad, soyad və ya e-poçt üzrə axtarmaq olar. Tarix aralığı seçilir, amma əvvəlcə hansı tarixə görə sayılacağı göstərilir: yaradılma, bitmə, yoxsa tamamlanma tarixi. Bu seçim nəticəni tamamilə dəyişir — «bu həftə yaradılanlar» ilə «bu həftə bitirilənlər» eyni şey deyil.

Çıxarış

Günlük bölgü Excel və PDF kimi yüklənir. Eyni PDF-i komanda çatından .taskstatspdf yazaraq da almaq olar — hesabatı açmadan.