API və inteqrasiya

WhatsApp gateway API

Mövcud inteqrasiyanızı kod dəyişmədən bizim nömrəyə yönəltmək.

Sistemdə Maytapi ilə uyğun gateway var. Əgər proqramınız artıq Maytapi API-si üçün yazılıbsa, ünvanı və token-i dəyişmək kifayətdir — məntiqi yenidən yazmaq lazım deyil.

Kimlik doğrulama

Bütün sorğular x-api-token başlığı ilə gedir. Nömrə və məhsul identifikatoru ünvanda YOXDUR — token onsuz da hansı nömrəyə aid olduğunu bilir.

Nə edə bilər

SahəƏməliyyatlar
MesajMətn göndərmək, söhbətin mesajlarını oxumaq
SessiyaVəziyyət, QR kod, çıxış
QrupSiyahı, detal, yaratmaq, üzv əlavə/çıxarmaq, admin təyin/geri almaq, qrupdan çıxmaq
KontaktNömrənin WhatsApp-da olub-olmadığını yoxlamaq, kontakt və söhbət siyahısı

Sənədlər

  • /api/whatsapp/mt/guide — qoşulma təlimatı
  • /api/whatsapp/mt/docs — interaktiv API sənədi (yalnız admin)
  • /api/whatsapp/mt/openapi.json — maşın üçün spesifikasiya (yalnız admin)
Gateway arxada bizim öz WhatsApp bağlantımızla işləyir — sorğular REAL mesaj göndərir. Sınaq üçün ayrıca test nömrəsi işlədin.