Başlanğıc

TaskFly nədir

Tapşırıq, layihə, müştəri kanalları və hesabatların bir yerdə idarəsi.

TaskFly komandanın gündəlik işini bir yerdə saxlayan platformadır: tapşırıqlar və layihələr, müştəri kanalları (WhatsApp, e-poçt, veb forma), növbə/insident idarəsi, komanda çatı və hesabatlar.

Nə üçün bir platformada

Adətən müştəri müraciəti bir yerdə (WhatsApp), iş bölgüsü başqa yerdə (Asana), hesabat üçüncü yerdə (cədvəl) olur. TaskFly-da müştəri mesajı birbaşa tapşırığa çevrilir, tapşırıq layihəyə bağlanır, hesabat isə həmin real datadan qurulur — məlumat köçürmək lazım gəlmir.

Əsas bloklar

  • Tapşırıqlar — alt tapşırıq, şərh, fayl, etiket, təsdiq axını, asılılıqlar
  • Layihələr — bölmələr, üzvlər, görünürlük, sağlamlıq göstəricisi, portfoliolar və məqsədlər
  • Müştəri kanalları — WhatsApp, e-poçt qutuları, saytınıza qoyulan forma və vidjet
  • Növbə (on-call) — rotasiya, insident, eskalasiya, monitorinq sistemləri ilə inteqrasiya
  • Hesabatlar — performans, əmək analizi, reytinq, öz kəsimlərinizi qurmaq
Mobil tətbiq vebin birə-bir aynasıdır — eyni məlumat, eyni əməliyyatlar.