Administrasiya

İstifadəçi idarəetməsi

Yeni işçi əlavə etmək, rol vermək, işdən çıxanda nə etmək.

Yeni istifadəçi

Admin konsolunda yeni istifadəçi yaradılır: ad, e-poçt və rol. Sistem rolu üç səviyyəlidir — sistem admini, admin, adi istifadəçi. Workspace və layihə səviyyəsindəki icazələr ayrıca verilir.

İşdən çıxan işçi

İstifadəçini silmək əvəzinə əvvəlcə açıq tapşırıqlarını köçürün — bunun üçün ayrıca əməliyyat var: bütün açıq işlər seçdiyiniz başqa işçiyə keçir. Beləliklə iş itmir və tarixçə qalır.

Təkrar hesabların birləşdirilməsi

Eyni adam iki hesabla düşübsə (məsələn fərqli e-poçtlarla), hesabları birləşdirmək olar — tapşırıqlar, şərhlər və tarixçə bir hesabda toplanır.

Birləşdirmə geri qaytarıla bilmir — əvvəlcə hansı hesabın qalacağını dəqiqləşdirin.